SARS-CoV-2-nin sürətli aşkarlanması üçün BD Veritor™ sistemi

Zaman gözləmir. Tibbi heyətin işlə çox yüklənməsinə baxmayaraq, test nəticələrinin alınması son dərəcə vacibdir. Bu şərtlərdə dəqiq təhlil nəticələri, yaxşı qurulmuş proseslər, sənədləri hazırlamaq imkanı və operativ nəzarət lazımdır.

BD Veritor™ Plus sistemi bu ehtiyacları 15 dəqiqə ərzində ödəmək üçün hazırlanıb.


COVID-19 üçün test növləri

BD xəstələrə qulluq üçün COVID-19-un diaqnostikasına dair müxtəlif üsullardan tutmuş kritik tibbi cihazlara qədər koronavirusla bağlı səhiyyə sahəsində ən əhəmiyyətli ehtiyacları qarşılamaq üçün öz imkanlarından və ekspertizadan istifadə edir. Dünya səhiyyəsinin COVID-19 ilə mübarizə üçün effektiv üsullar axtardığı bir zamanda, testlər getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Hazırda iki növ test mövcuddur: virusun komponentlərinin (genetik material və ya antigen zülalları) aşkarlanması və antitellərin aşkarlanması üçün testlər.


Placeholder

SARS-CoV-2-nin sürətli aşkarlanması üçün BD Veritor™ sistemi - COVID-19 şübhəsi olan xəstələrin burun yaxmalarında SARS-CoV-2 antigenlərinin birbaşa və keyfiyyətli aşkarlanması üçün xromatoqrafik immunoanalizdir.

COVID-19 ilə bağlı daim dəyişən vəziyyətdə qeyri-dəqiq nəticələr riskini minimuma endirən alətlərə ehtiyac var. BD Veritor™ Plus sistemi SARS-CoV-2-nin tez aşkarlanması üçün testi asan və etibarlı etmək, 15 dəqiqə ərzində nəticə almaq üçün nəzərdə tutulub¹.


1-ci addım

Xəstədən yaxma götürün

  

2-ci addım

Qapağı çıxarın və tampon-çubuğu sınaq borusuna qoyun

  

3-ci addım

Nümunəni reagentdə qarışdırın və tampon-çubuğu çıxardın

  

4-ci addım

Paylama qapağını bağlayın, sonra nümunədən bir neçə damcı test cihazının üzərinə yerləşdirin.

     

5-ci addım

Test cihazını analizatora yerləşdirin

Walk Away rejimində onu dərhal yerləşdirin.

Analyze now rejimində emaldan sonra yerləşdirin.

 
  1. 1-ci addım
  2. 2-ci addım
  3. 3-ci addım
  4. 4-ci addım
  5. 5-ci addım

Əlavə məlumat:

BD tədqiqatçılarından daha çox öyrənin (İngilis dilində)

Doktor Patrik Mürrey (Patrick R. Murray) ilə COVID-19 testi ilə bağlı müsahibə


Oxumaq

BD Veritor™ Plus Sistemi haqqında doktor Selin Rocer-Dalber (Celine Roger-Dalbert) ilə müsahibə


Oxumaq

 

ÜST ev şəraitində testlərdən istifadəni dəstəkləyir

ÜST təlimatı

 
 
 

SARS-CoV-2-ni aşkar etmək üçün sürətli antigen testi ilə bağlı ilkin təlimat haqqında daha çox məlumat əldə edin

ABŞ CDC təlimatı

 
 

Aİ/AİB və Böyük Britaniyada COVID-19 üçün sürətli antigen testlərindən istifadə imkanları

ECDC-nin texniki hesabatı

 
 
 

COVID-19-a cavabı aşkar etmək üçün sürətli antigen testlərinin istifadəsi ilə bağlı ilkin təlimatlar haqqında ətraflı məlumat əldə edin.

Afrika CDC təlimatı